Fransa prezidentinin böyük oğlu zəhərləndi

Fransa prezidentinin böyük oğlu zəhərləndi

25 Yanvar 2012 16:34
Bəyəndim (0) Bəyənmədim (0)
Onun narkotikdən zəhərləndiyi ehtimal olunur

Fransa prezidentinin oğlu Pyer Sarkozi zəhərlənmə diaqnozu ilə Odessa şəhərinin xəstəxanasına yerləşdirilib. "Интерфакс-Украина" xəbər agentliyi məlumat verir ki, P.Sarkozi Odessanın dəbdəbəli restoranlarının birində Dj kimi iştirak etmək üçün Ukraynaya gəlib. Lakin çıxışına 1 saat qalmış qəflətən vəziyyəti pisləşib.

Şahidlərin fikrincə, prezidentin oğlunun narkotik qəbul etdiyi əvvəlcədən hiss olunurdu. Onun məhz bu səbəbdən halının xarab olduğu ehtimal edilir.

Fransa prezidentinin oğlunun narkoman olduğunu şübhə altına alanları 1 il həbsə almaq və 45 min avro məbləğində cəzalandırmaq lazımdır...

Murad Şahməmmədov

O.M.