Braziliyiada bənd uçdu: 200 nəfər suda batdı

Braziliyiada bənd uçdu: 200 nəfər suda batdı

26 Yanvar 2019 07:57
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində 200 nəfər itkin düşüb.

Bu barədə "Globo" telekanalı yanğından mühafizə regional bölməsinə istinadən məlumat yayıb.

"Vale" dağ-mədən şirkətinə aid olan bənd uçarkən şirkətin əməkdaşları orada olublar. Onların da taleyi hələlik məlum deyil.

"Globo" telekanalı daha əvvəl hadisə nəticəsində zərər çəkmiş insanlardan dördünün xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayıb. Braziliyanın Səhiyyə Nazirliyinin məlumatında isə yaralanmış insanlar üçün 150 xəstəxana çarpayısının ayrıldığı bildirib.

Braziliya Prezidenti Jair Bolsonaru Tvitter səhifəsində baş verənlərdən təəssüfləndiyini yazıb. Bildirib ki, dağ-mədən və energetika, regional inkişaf və ətraf mühit nazirləri hadisə yerinə gediblər. Müxtəlif strukturların fəaliyyətini əlaqələndirmək üçün qərargah yaradılıb. Axar.az