Florida qubernatoru Palm Biç hava limanının Donald Trampın şərəfinə adlandırılmasını əmr etdi
Florida ştatının Palm Biç şəhərindəki beynəlxalq hava limanı ABŞ prezidenti Donald Trampın adını daşıyacaq. Müvafiq fərmanı martın 30-da ştatın qubernatoru, respublikaçı Ron DeSantis imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Hava limanına Trampın adının verilməsi daha əvvəl ştat parlamentinin aşağı və yuxarı palataları tərəfindən təsdiqlənmişdi.
CNN-in yazdığına görə, adın dəyişdirilməsi qərarı Federal Aviasiya Administrasiyasının (Federal Aviation Administration) təsdiqindən sonra iyulun 1-dən qüvvəyə minəcək.
CBS News-un məlumatına görə, FAA bildirib ki, hava limanlarının adlandırılması ştat hakimiyyətinin səlahiyyətinə aiddir, lakin aviasiya administrasiyası xəritələrə və verilənlər bazalarına yeni adı daxil etmək kimi müəyyən inzibati prosedurları həyata keçirməlidir.
Qanunvericilər Palm Biçdəki hava limanının adının dəyişdirilməsini təsdiqlədikdən sonra, The Trump Organization aviasiya ilə əlaqəli mallar və xidmətlər üçün müvafiq ticarət nişanının qeydiyyatı üçün müraciət edib.
Tramp ailəsinin şirkəti vurğulayıb ki, ABŞ-ın hazırkı prezidenti və onun ailəsi "hava limanının təklif olunan adının dəyişdirilməsindən heç bir müəllif qonorarı, lisenziya haqqı və ya maliyyə kompensasiyası almayacaq".
Almaz Həsənli



















































































