
Bu gün hava necə olacaq?..
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata
görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin
üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə
4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 22-də fasilələrlə yağış yağacağı,
ayrı-ayrı yerlərdə şimşək çaxacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda
gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb.
Aprelin 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda iqlim
normasından aşağı temperatur və rütubətli hava şəraiti meteohəssas insanlarda
narahatlıq yarada bilər.
Havadan asılı olmadan özünüzün və başqalarının gününü aydın etməyə çalışın.
Elvin Babayev
O.M.