Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Şarja əmirliyinin Əl-Nəhd bölgəsindəki hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Emirat Əl-Yaum” xəbər portalı məlumat yayıb.
Yanğın zamanı bina sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Xilasedicilər mərtəbələri fərdi qaydada yoxlamaq üçün dronlardan istifadə ediblər.
BƏƏ Mülki Müdafiə Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib.
Oxuməni.az
Digər xəbərlər