Sumqayıtda kazino-qumarxana aşkar edilib
Sumqayıt şəhərində qumarxana aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, Sumqayıt sakini Rəşad Vəliyevin online sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Baxış zamanı 12 kompüter dəsti, möhür, hesabatların aparıldığı jurnal və 457 manat məbləğində uduşa qoyulmuş pul aşkar olunaraq götürülüb.
O.M.
Digər xəbərlər