Orenburqda azərbaycanlı həmyerlisini qətlə yetirib

Orenburqda azərbaycanlı həmyerlisini qətlə yetirib

4 May 2017 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.

Hadisə aprelin 26-sı axşam saatlarında baş verib. Çerniqovsk küçəsində 31 yaşlı Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib.

Onun xırda ticarətlə məşğul olduğu və kirayədə yaşadığı bildirilir.

Hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən Balaş Xancanov barəsində axtarış elan etmişdi.

Mediainfo.az