11 ildir Rusiyada axtarışda olan narkotik kartelinin lideri Azərbaycanda saxlanılaraq ekstradisiya edilir

11 ildir Rusiyada axtarışda olan narkotik kartelinin lideri Azərbaycanda saxlanılaraq ekstradisiya edilir

10:50
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb. Bu barədə “TASS”-a hüquq-mühafizə orqanları məlumat verib və həmçinin qeyd ediblər ki, o, hazırda Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.
"Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub. Hazırda o, Rusiya Federasiyası ərazisinə ekstradisiyasını gözləyir", - deyə hüquq-mühafizə orqanları məlumat yayıb.
İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir. Emmov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə cavabdeh olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb olunub, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə verib, bəziləri isə artıq həbsdən buraxılıbdı.

Almaz Həsənli