Azərbaycan filmi mükafata layiq görülüb

Azərbaycan filmi mükafata layiq görülüb

18 May 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada "Birgə qalib gəlmişik" adlı VII Beynəlxalq teleradio festivalı keçirilmişdir. Festivala 17 ölkədən İkinci Dünya müharibəsi mövzusunda lentə alınan 128 film təqdim olunmuşdur. Azərbaycanı "Space" teleradio şirkətinin istehsalı olan "Sənətdə keçən ömür" sənədli ekran əsəri təmsil etmişdir. Dörd gün davam edən festival çərçivəsində nümayiş olunan filmlər müzakirə edilmiş, tanışlıq və maarifləndirici xarakterli müxtəlif seminarlar keçirilmiş, eyni zamanda, qarşılıqlı əməkdaşlıqla bağlı söhbətlər aparılmışdır. Əsasən, müharibə mövzusunda dəyərli sənət əsərləri yaradan Azərbaycanın Xalq Rəssamı Vidadi Nərimanbəyovun yaradıcılığına həsr olunan "Sənətdə keçən ömür" filmi "Vətən. Şərəf. Borc" nominasiyasında birinci dərəcəli mükafata layiq görülmüşdür. Mükafat "Space" TV-nin mədəniyyət və elmi-kütləvi layihələrin yaradıcı heyətinin rəhbəri, "Sənətdə keçən ömür" filminin rejissoru İman Məcidova təqdim olunmuşdur.


"Vətən, Şərəf, Borc" nominasiyasında qalib gəlməyən kino istehsalçılarımıza da arzu edərdik ki, bu nominasiyaları sənətdə əsas götürsünlər...

Könül Aypara

O.M.