Türkiyədə ilk dünya gözəli vəfat etdi
1932-ci ilin iyulunda Belçikada keçirilmiş ilk "Miss of the world" gözəllik yarışmasının qalibi olmuş Neriman Halis Ece dünən İstanbulda vəfat edib.
Gözəllik yarışması o zamanlar "Gözəllik şahzadəsi" adlanırdı və həmin müsabiqədə 28 ölkənin gözəlləri iştirak edirdi. Yarışmada qalib olduqdan sonra 1934-cü ildə M.K.Atatürk türk gözəlinə Ece soyadını verdi.
Dünya gözəlinin ölümü ilə əlaqədar Türkiyə prezidenti başsağlığı verib.
Dünya gözəlliyi xilas etmədiyi üçün heç gözəllik də dünyanı xilas etməyəcək...
Murad Şahməmmədov
O.M.
Digər xəbərlər