ABŞ-dan tarixi qərar: “Rusiya varsa, G20-də iştirak etmirik”
ABŞ Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacaq.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Canet Yellen deyib.
O, bu qərarı G20-də olan həmkarlarına açıq şəkildə ifadə etdiyini bildirib:
“Prezident Bayden açıq şəkildə bildirdi ki, Rusiya üçün heç bir maliyyə qurumunda işlər həmişəki kimi ola bilməz və mən onunla tamamilə razıyam. Rusiya G20-dən çıxmalıdır və mən İndoneziyadakı həmkarlarıma ruslar orada olarsa, bir sıra görüşlərdə iştirak etməyəcəyimizi açıq bəyan etdim”.
Qeyd dək ki, Bayden ötən ay Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyanın G20-dən çıxarılmasının vacib olduğunu bildirsə də, bu addımı rəsmiləşdirmək üçün digər üzvlər arasında razılaşmanın lazım olduğunu vurğulamışdı.
Məlumat üçün bildirək ki, növbəti G20 Liderlər Zirvəsi noyabr ayında İndoneziyada keçiriləcək.