İsrail Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirir

İsrail Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirir

3 İyul 2023 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar ertəsi keçən gecə İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Cenində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Oxuməni.az xəbər verir ki, ən azı yeddi nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Terrorçuluqda şübhəli bilinən 20-yə yaxın şəxs həbs edilib.

"SAXAL"-ın mətbuat xidməti bildirir ki, Cenin qaçqın düşərgəsindəki terrorçu qrupların birgə qərargahı, həmçinin Cenin batalyonu yaraqlılarının qüvvələri hücuma məruz qalıb.

Qeyd olunur ki, əməliyyatın məqsədlərindən biri də raket istehsalı sahələrinin aşkarlanması və onların məhv edilməsidir.

Fələstin mənbələri bildirir ki, İsrail hərbçilərinə müqavimət göstərilir, yerli sakinlər barrikadalar qurur və avtomobil təkərlərini yandırır.

"HƏMAS" və "İslami Cihad" terror təşkilatlarının, eləcə də "Fəth" hərəkatının liderləri "SAXAL"-a müqavimət göstərməyə çağırış edib.

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın nümayəndəsi İsrail Müdafiə Qüvvələrinin Cenindəki əməliyyatını “müharibə cinayəti” adlandırıb.

Keçən ay İsrail hərbçiləri İordan çayının qərb sahilində son illərdə ilk dəfə hücum vertolyotlarından istifadə edərək , Cenin bölgəsində keçirdiyi reyddə ən azı altı fələstinlini öldürmüşdü.

E.Axund, Oxuməni.az