Moskva və Moskva vilayətinə hücum: Anbarlar və Neft Emalı Zavodları yanır

Moskva və Moskva vilayətinə hücum: Anbarlar və Neft Emalı Zavodları yanır

11:17
Bəyəndim (0) Bəyənmədim (0)



Dronlar Moskva və ətraf bölgəyə kütləvi hücum etdi. Neft emalı zavodlarında və anbarlarda yanğınlar baş verdi.

Gecə baş verən dron hücumu nəticəsində Moskvadakı Qazpromneft-Moskva Neft Emalı Zavodu (MNPZ) yandı. Oxuməni.az xəbər verir ki, bu barədə Astra Telegram kanalı bazar günü, 20 sentyabrda məlumat yayıb.
Şahidlərin görüntülərinə görə, gecə baş verən hücumun hədəfləri arasında Moskvadakı bir neft emalı zavodu da olub. Rusiya paytaxtının meri neft emalı zavodunun obyektlərindən birinə hücum olduğunu təsdiqləyib. Sergey Sobyaninin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri ümumilikdə 151 dron məhv edib.

Moskva Neft Emalı Zavodu (Qazpromneft-MNPZ) Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və Moskvanın Kapotnya rayonunda yerləşir. Onun emal gücü ildə 11 milyon ton neft təşkil edir. Zavod Moskvanın yanacaq bazarının təxminən 40%-ni və Moskva bölgəsinin benzin və reaktiv yanacaq ehtiyacının 70%-ni təmin edir.

Bundan əlavə, hücumun Moskva yaxınlığında yerləşən Sofyino texnologiya parkının ətrafında baş verdiyi qeyd olunur.

Ukraynanın müdafiə şirkəti Fire Point Moskva bölgəsində anbar kompleksinin dağıdılması barədə məlumat verib. Şirkət bildirib ki, FP-1 hücum dronları Moskva bölgəsindəki anbar kompleksini - ehtimal ki, Sovremennye Skladskie Tekhnologii (Müasir Anbar Texnologiyaları) anbarlarını dağıdıb.

Əziz MUSTAFA