OpenAI sistemləri Anthropic-in Claude süni intellekt modeli vasitəsilə sındırılıb
Müstəqil kibertəhlükəsizlik tədqiqatçıları OpenAI əməkdaşının ChatGPT xidmətindəki hesabına giriş əldə etmək üçün Anthropic şirkətinin Claude proqram təminatından istifadə ediblər. Bu, onlara şirkətin qapalı proqram kodu repozitoriyasına baxmağa və orada dəyişikliklər təklif etməyə imkan verib. Oxuməni. az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Prosedur OpenAI-ın öz sistemlərindəki boşluqları aşkar etmək üçün keçirdiyi xüsusi proqram (bug hunting) çərçivəsində həyata keçirilib. Tədqiqatçılar qrupu işlərinin nəticələri barədə dərhal şirkətə məlumat verib. OpenAI komandaya 6500 dollar mükafat ödəyib, tədqiqatçıların özləri isə gördükləri iş barədə WSJ-yə danışıblar.
OpenAI-dan bildiriblər ki, tədqiqatçılar iki boşluq aşkar ediblər: biri OpenAI icma forumunun əsaslandığı kənar "Discourse" xidmətində, digəri isə şirkətin öz sistemlərində. OpenAI-ın bəyanatına görə, hər iki problem artıq aradan qaldırılıb. Şirkətdən qeyd ediblər: "Bizimlə əlaqə saxladıqları və tapıntılarını bölüşdükləri üçün tədqiqatçılara təşəkkür edirik. Biz giriş hüquqlarını məhdudlaşdırdıq, həmçinin komprometasiya olunmuş tokenləri ləğv etdik və müvafiq sessiyaları sonlandırdıq".
Anthropic şirkəti bu məlumatı şərh etmir.
Almaz Həsənli




















































































