"Təcrid edir və hədələyir": Alen Delonun uşaqları atalarının "həyat yoldaşını" məhkəməyə veriblər

"Təcrid edir və hədələyir": Alen Delonun uşaqları atalarının "həyat yoldaşını" məhkəməyə veriblər

7 İyul 2023 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Entoni, Anuşka və Alen-Fabien Hiromi Rollini atalarına qarşı aqressiv davranışda və psixoloji zorakılıqda ittiham edirlər. Onların sözlərinə görə, 2019-cu ildə insult keçirən aktyorun evinə köçən qadın faktiki olaraq onu “azadlığından məhrum edib”.


Mənəvi zorakılıq, köməksiz vəziyyətdən sui-istifadə, yazışmaların mənimsənilməsi - Fransada Alen Delonun "yol yoldaşı" və şəxsi katibi Hiromi Rollinə qarşı ilkin istintaq başlayıb.

Ulduzun övladları aktyorun yaşadığı Parisin cənubundakı Luara departamentinin prokurorluğuna iki şikayət ərizəsi verib. Entoni Delon bildirib ki, mülkün keçmiş köməkçisi və meneceri müxtəlif “hiylə və hədələrdən” istifadə edərək atanı yaxın dostlarından və ailəsindən “təcrid edib”.

Böyük oğlunun dediyinə görə, Alen Delon guya Hiromi Rollindən , Duşi kəndindəki iqamətgahını tərk etməsini istəyib.


87 yaşlı aktyorun ayrıca bəyanat imzaladığı və davaya qoşulduğu bildirilir.

E,Axund, Oxumeni.az