Ukrayna rusiyalı dizayner və blogerin mənzillərini müsadirə edib
Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları altında olan rusiyalı dizayner və blogerin mənzillərini müsadirə edib.
Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin sanksiyalar siyasəti departamentinin direktoru İnna Boqatıx öz Facebook səhifəsində bildirib.
“VAKS Artemy Lebedevin aktivlərinin geri alınması ilə bağlı Ədliyyə Nazirliyinin iddiasını təmin etdi. Kiyevin mərkəzində iki mənzil (138 kv.m və 193 kv.m) dövlətin gəlirinə keçib”, - idarənin nümayəndəsi bildirib.
Əziz Salamoğlu
Digər xəbərlər