General Popov Rusiyanın hərbi rəhbərliyini kəskin tənqid edib

General Popov Rusiyanın hərbi rəhbərliyini kəskin tənqid edib

13 İyul 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Dumasının deputatı Andrey Qurulev Rusiya ordusunun general-mayoru İvan Popovun onu Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun komandiri vəzifəsindən uzaqlaşdıran Rusiya hərbi hakimiyyətini kəskin tənqid etdiyi audiomüraciətini dərc edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Popov bildirib ki, orduda çatışmazlıqla bağlı rəhbərliyi tənqid etdiyi üçün onu vəzifəsindən uzaqlaşdırıblar.

"Mən bunu ən yüksək səviyyədə açıq və son dərəcə sərt şəkildə ifadə etdim. Bu baxımdan, görünür, böyük komandirlər məndən özləri üçün bir növ təhlükə hiss etdilər və tez bir zamanda müdafiə nazirinin əli ilə məni ordudan uzaqlaşdırdılar",-deyə Popov bəyan edib.

Bu həftə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib ki, Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov Popovu Zaporojye vilayətinin qərbində rus qoşunlarının rotasiyasını təşkil etməyi təklif etdiyi üçün işdən çıxarıb.

Popov bundan sonra onunla nə baş verəcəyini dəqiqləşdirməyib. O qeyd edib ki, gələcək hərbi taleyi ilə bağlı yuxarılardan əmr gözləyir.

Əziz Salamoğlu