Yunanıstanda mason lojasını partlatmağa cəhd ediblər
Afina şəhərinin mərkəzində, Yunanıstanın Masonların Böyük Lojasının yaxınlığındakı Sürmeli küçəsində partlayıcı qurğu işə düşüb, nəticədə binaya cüzi ziyan dəyib, ölən və ya yaralanan yoxdur.
Oxuməni.az xəbər verir ki, naməlum şəxs təcili xidmətə zəng edərək vaxt vermədən Yunanıstan Masonların Böyük Lojasında partlayacaq qurğu barədə məlumat verib. Polis patrul maşını hadisə yerinə gələn kimi bomba partlayıb.
Polis partlayan paketin yanında ikinci bağlama tapıb, bütün bloku mühasirəyə alıb və pirotexnikləri çağırıb, onlar ikinci bağlamanın idarə olunan partlamasını həyata keçiriblər.
İlkin məlumata görə, hər iki qurğu çox aşağı gücə malik olub, onlar fişənglərdən, tez alışan maye olan metal qablardan və digər materiallardan ibarət olub. İndiyə qədər heç kim bu cinayətə görə məsuliyyəti üzərinə götürməyib.
Əziz Mustafa, Oxumeni.az