Avropada daşqınlar və yanğınlar davam edir
Sloveniyada baş verən fəlakətli daşqınlar ölkənin müasir tarixində ən dəhşətli fəlakət kimi tanınıb. Ən azı 4 nəfər ölüb. Dəymiş maddi ziyan ilkin olaraq 500 milyon avro dəyərində qiymətləndirilir. Hökumətin məlumatına görə, ölkənin üçdə ikisi daşqın və sürüşmələrdən zərər çəkib. Ölkə yardım üçün Aİ və NATO-ya müraciət edib. Avropa Komissiyası , dərhal lazımi tədbirləri müzakirə etmək üçün Böhranların İdarə Edilməsi üzrə Komissar, Sloveniya vətəndaşı Janez Lenarçiçi birbaşa Lyublyanaya göndərməklə reaksiya verib.
Qonşu Avstriyada selin ilk qurbanı olduğu bildirilir. Karintiyada iki nəfər yuyulmuş sahildən çaya düşüb , onlardan yalnız birini xilas etmək mümkün olub . Karintiyanın yarısı daşqınlarla üzləşib .Təcili yardım xidmətləri yardım və evakuasiya üçün çoxsaylı çağırışlara cavab verməli olub. Səlahiyyətlilər vəziyyətin bir qədər sabitləşdiyini söyləyiblər , lakin bir çox ərazilərə hələ də yalnız qayıq və ya vertolyotla daxil olmaq mümkündür.
Eyni zamanda, Pireney adalarında irimiqyaslı meşə yanğınları hələ də söndürülür. Mərkəzi-Qərbi Portuqaliyada bir neçə kənd boşaldılmalı olub. İstirahət günlərində 6 nəfər xəsarət alıb, 6200 hektar meşə sahəsi yanıb.
İspaniya-Fransa sərhədində, Portbou yaxınlığında, yaxınlaşan yanğınlar səbəbindən 130 nəfər təxliyə edilməli olub. Üç saat ərzində 200 hektara yaxın ərazini bürüyən alov güclü külək nəticəsində sürətlə yayılıb.
E.Axund
























































.jpg)
.jpg)
.jpg)






















