Qazaxıstan Rusiyanın "Tsarqrad" telekanalına çıxışı bağlayıb
Qazaxıstan “Tsarqrad” kanalını və onun saytalarını qazaxlara nifrət aşılayan verilişlərə və yazılara görə ölkə ərazisindəki yayımına qadağa qoyub . Bu barədə RBC məlumat yayıb.
Qazaxıstan ərazisində müxtəlif saytlara girişin məhdudlaşdırılmasına nəzarət edən “Kaz Blocking Tracker” xidməti təsdiq edir ki, hazırda Rusiya telekanalının tsargrad.tv və kz.tsargrad.tv saytlarında yerləşdirilən veb resursu tamamilə bloklanıb.
Qazaxıstan İnformasiya Nazirliyi bildirir ki, Tsargrad saytındakı dörd səhifənin məzmunu ekstremizmin təbliğatı kimi qiymətləndirilib. Söhbət 2021-ci ilin yanvarından bir məqalədən və 2023-cü ilin may ayının sonundan üç məqalədən gedir.
“Qazax millətçiləri Qələbə Günü ərəfəsində rus qadınlarını terror edir”, “Qazaxıstandan rusları qovmuş Mambet kamera qarşısında üzr istəyib” “Kazakların nifaq zolaqları", "Qazaxıstanda rusları diz çökdürmək istəyirlər? başlıqlı yazılar telekanalı ekstremizmin təbliğatı ilə bağlı olduğunu göstərir.dörd xəbərdarlıqdan sonra bağlanma qərarı verilib
Bundan başqa, Qazaxıstanın ekstremizmin təbliğatı kimi qiymətləndirdiyi məqalələrin birində “qazax etnosu yalnız XV əsrin ortalarında formalaşıb” deyilirdi. O, həmçinin Rusiyanın Qazaxıstanın çoxvektorlu siyasətinə cavab olaraq “indikindən daha sərt davrana biləcəyi” təhlükəsini ehtiva edirdi.
2022-ci ildə kanal Kremlin təbliğatını təbliğ edən və Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandıran resurs kimi sanksiyaya məruz qalıb.
Tsarqradın qurucusu rusiyalı iş adamı Konstantin Malofeyev də Avropa İttifaqı, ABŞ və digər ölkələrin sanksiya siyahısındadır. O, altı ildən artıqdır ki, Ukraynada Rusiya tərəfində döyüşən qondarma “DXR” və könüllü birləşmələri maliyyələşdirdiyinə görə beynəlxalq axtarışda olub.
Əziz MUSTAFA


































.jpg)
.jpg)
.jpg)
























.jpg)




















