Ərdoğan Yunanıstana səfər edəcək

Ərdoğan Yunanıstana səfər edəcək

29 Avqust 2023 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının oktyabrda keçiriləcək iclasında iştirak edəcək.

Salonikidə keçiriləcək görüşdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis də iştirak edəcək.

Bundan əlavə, sentyabrın 5-də Ankarada iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli münasibətlər və regional hadisələrlə bağlı məsələləri müzakirə edəcəkləri görüşü gözlənilir.

Qeyd edək ki, Yunanıstan-Türkiyə Ali Əməkdaşlıq Şurasının sonuncu iclası 2016-cı ildə keçirilib.

Əziz Salamoğlu