Pakistanın keçmiş baş naziri İmran Xan  girov müqabilində azadlığa buraxılıb

Pakistanın keçmiş baş naziri İmran Xan girov müqabilində azadlığa buraxılıb

29 Avqust 2023 21:29
Bəyəndim (0) Bəyənmədim (0)

İslamabad Ali Məhkəməsinin Ədliyyə Kollegiyası Pakistanın keçmiş baş naziri İmran Xanın korrupsiya ittihamı ilə üç illik həbs müddətini dayandırıb və girov müqabilində azadlığa buraxılması barədə göstəriş verib. Bu barədə Əl-Cəzirə məlumat yayıb.

Xan avqustun 5-dən həbsdədir və 2018-ci ildən 2022-ci ilə kimi hökumət başçısı olduğu müddətdə dövlət hədiyyələrini satmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirkar hökmün nəticəsi olaraq, Pakistan Seçki Komissiyası da Xanın beş il müddətinə ölkədəki seçkilərdə iştirakına qadağa qoyub.

Əziz MUSTAFA