Qazaxıstanın Xəzər sahillərində ölmüş suitilərin sayı 289-a çatıb
Qazaxıstanın Xəzər sahillərində ölmüş suitilərin sayı 289-a çatıb.
“Oktyabrın 24-dən oktyabrın 29-dək olan müddətdə Xəzər dənizi sahilində aparılan monitorinqlər zamanı 289 suiti cəsədi aşkar edilib. Heyvanların yaşını və ölüm səbəblərini müəyyən etmək üçün onlardan (dişlər, caynaqlar, mədələr, daxili orqanların toxumaları) bioloji nümunələr götürülüb. Ölümün səbəblərini yalnız müvafiq laboratoriya tədqiqatları apardıqdan sonra bildirə biləcəyik”, - Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutunun elmi işçisi Jazira Sidikova bildirib.
Xəzər dənizinin sahil zolağında monitorinqlər davam etdirilir. Ekspedisiya üzvləri hər gün sahilə (Bautino və Fort Şevçenko arasında və daha cənubda) baxış keçirir, dəniz ərazisini müşahidə edir və suyun səthində ölü suitilər axtarırlar.
Oktyabrın 28-də Bautino kəndi yaxınlığında 151 suiti cəmdəyinin sahilə çıxdığı bildirilib.
Oxuməni.az