Ukraynadan İrana sərt mesaj
“Yanvar ayında Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına aid “Boeing 737-800” təyyarəsi ilə bağlı İranla danışıqlar nəticəsiz qalarsa, Kiyev mümkün olan hər yerdə Tehranın kollektiv izlənməsi yolu ilə gedəcək”.
Oxuməni.az-ın məlumatına görə, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba bəyan edib.
Bundan əvvəl Ukrayna Baş Prokurorluğundan bildirilmişdi ki, “qara qutu”ların Kiyevə təhvil verilməsi məsələsi hələ də həll olunmamış qalıb.
Həmçinin o da vurğulanıb ki, İran tərəfi hüquqi məsuliyyət və təzminat məsələlərini müzakirə etmək istəyir.
Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə nəticəsində 176 nəfər həlak olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.
Oxuməni.az