Partlayışın arxasında İran ola bilər - Qantz
Oman körfəzində İsrail gəmisi keçən zaman baş verən partlayışın arxasında İran ola bilər.
Oxuməni.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz ölkə mətbuatına açıqlamasında deyib.
“İran İsrail infrastrukturunu və vətəndaşlarını hədəf almaq istəyir. Gəminin İrana yaxın ərazidən keçməsi hadisənin arxasında onların olması fikrini yaradır. Əlbəttə ki, bu mənim dəyərləndirməmdir. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır”, - nazir bildirib.
Digər xəbərlər