Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilib və yeni rektor təyin edilib

Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilib və yeni rektor təyin edilib

3 Sentyabr 2015 18:16
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Apa-nın məlumatına görə, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.

Sərəncama əsasən, Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Mediainfo.az