Neft bir qədər ucuzlaşsa da, tezliklə bahalaşacağı gözlənilir

Neft bir qədər ucuzlaşsa da, tezliklə bahalaşacağı gözlənilir

3 Oktyabr 2016 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya bazarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 47,91 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 49,96 dollar olub.

Azərbaycan nefti də ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,13 dollar və ya 0,26% azalaraq 49,91 dollar təşkil edib.

Neftin ucuzlaşmasına Asiya birjalarında ticarət əməliyyatları ilə bağlı məlumatların səbəb olduğu bildirilir. Bununla belə, investorlar Çində işgüzar aktivlik indeksini diqqətlə izləyir. Bu indeks üzrə göstəricilər artımın olacağına işarə edir. İşgüzar dairələr OPEC-in neft hasilatının azaldılacağı ilə bağlı planlarını da səbirsizliklə gözləyir.

Mediainfo.az