İranın mərkəzindəki Ərak şəhəri havadan bombardman edilib

İranın mərkəzindəki Ərak şəhəri havadan bombardman edilib

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

Əl-Hədəs televiziya kanalının məlumatına görə, İranın mərkəzindəki ən böyük şəhərlərdən biri olan Ərak şəhərinə bir neçə hava hücumu həyata keçirilib.

Kanala görə, ölkənin mərkəzindəki Ərak şəhəri ağır bombardman edilib. Hücumun hədəfi "şəhər daxilindəki obyekt" kimi göstərilib.

Hücumda mümkün ziyan və ya itki barədə hələlik heç bir məlumat yoxdur. Eyni zamanda İsrailin tehrana da hava zərbələri endirdiyi məlum olub. Şəhərdə dağıntılar və yanğınlar qeydə alınıb.

Əziz MUSTAFA