ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında mina yerləşdirmək planlarından xəbər tutub
CBS çərşənbə axşamı günü bildirib ki, Amerika kəşfiyyat agentlikləri İranın Hörmüz boğazındakı gəmiçilik zolaqlarına mina yerləşdirməyə hazırlaşdığı barədə məlumat alıblar.
Kanalın məlumatına görə, İran bu məqsədlə hər biri iki və ya üç mina daşıya bilən kiçik gəmilərdən istifadə edir. İranın sahib olduğu minaların dəqiq sayı məlum deyil, lakin bu, Rusiya, Çin və İran tərəfindən istehsal edilən 2000 ilə 6000 arasında ola bilər.
Bundan əvvəl Tasnim xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun "İranın icazəsi olmadan heç bir neft tankerinin Hörmüz boğazından keçmək hüququna malik olmadığı" barədə bəyanatını dərc etmişdi.
Əziz Mustafa
Digər xəbərlər






























































.jpg)
.jpg)
.jpg)



















