İsraildə İranla müharibənin bitmə tarixi açıqlandı

İsraildə İranla müharibənin bitmə tarixi açıqlandı

10:37
Bəyəndim (1) Bəyənmədim (0)


İranla müharibə daha ən azı iki həftə davam edəcək və ayətullahlar rejiminin devrilməsi ilə başa çatması ehtimalı azdır. Oxuməni.az xəbər verir ki,bu barədə İsrailin “Ynet” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, "əməliyyatın başlanğıcını qeyd edən eyforiya, İran rejimi hələ də sabit göründüyü üçün məyusluq və bədbinliklə əvəz olunub".
"Müharibənin əvvəlində onun məqsədlərindən biri İranda rejimin devrilməsi hesab olunurdu. İndi isə qiymətləndirmələrə görə, rejim sabit qalır və hakimiyyətə qarşı mümkün üsyan və ya digər rejim dəyişikliyi ssenarisi az ehtimal olunur", - nəşr yazır.
Onun məlumatına görə, Netanyahu artıq ictimai rəyi müharibənin ayətullahlar rejiminin süqutu ilə başa çatmayacağına hazırlayır.
"Kampaniyanın nə vaxt bitəcəyini yalnız Tramp müəyyən edəcək, lakin İsrail mənbələrinə görə, bu, yaxın iki həftə ərzində başa çatmayacaq: "Son söz hələ deyilməyib". Stiv Vitkoffdan müharibənin necə bitəcəyi barədə soruşuldu. "Bilmirəm", - dedi. İsraildə müharibənin nə vaxt bitəcəyini yalnız bir nəfərin – ABŞ prezidenti Donald Trampın həll edəcəyi qəbul edilir. Buna görə də İsrail hərbi əməliyyatları maksimum sürətləndirməyə çalışır", - nəşrdə deyilir.
Almaz Həsənli