İran Xarici İşlər Nazirliyi ölkənin yeni ali lideri Müctəba Xameneinin yaralanmasını təsdiqləyib

İran Xarici İşlər Nazirliyi ölkənin yeni ali lideri Müctəba Xameneinin yaralanmasını təsdiqləyib

12:18
Bəyəndim (2) Bəyənmədim (0)


İranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, lakin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Oxuməni.az xəbər verir ki, bu barədə martın 12-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.
"O, yaralanıb, lakin özünü yaxşı hiss edir. Mən onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm", - diplomat İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib.
Baqai həmçinin bildirib ki, yeni ali lider postuna üç-dörd namizəd iddia edib, lakin Ekspertlər Şurasının üzvlərinin əksəriyyəti Müctəba Xameneiyə üstünlük verib.
Əvvəlki gün "The New York Times" qəzeti Xameneinin İran, İsrail və ABŞ arasında hərbi gərginliyin ilk günündə yaralandığını bildirmişdi. Qeyd olunurdu ki, bu hadisələr Xameneinin hələ də videoda görünməməsinin və ictimaiyyətə çıxmamasının səbəblərindən biri olub. İkinci səbəb yüksək təhlükəsizlik təhdididir: Xameneinin yerinin açıqlanması onun həyatını təhlükə altına sala bilər.
Almaz Həsənli