Adamyeyənlər tapılıb
Pakistan keçən həftə ortaya çıxan bir "adamyeyənlik" hadisəsi ilə çalxalanır. Belə ki, ölkə polisi 2 qardaşı qəbirdən cəsəd oğurlayıb, bişirərək yeyərkən cinayət başında yaxalayıb.
BBC-nin xəbərinə görə, adamyeyənlik hadisəsi ölkənin şərqindəki Sarqodha şəhərinə bağlı Derya Xan qəsəbəsində meydana gəlib. Qısa bir müddət əvvəl xərçəngdən öldükdən sonra torpağa verdikləri 24 yaşlı qızlarının məzarının qarışdırıldığından şübhələnən bir ailə qəbri açınca boş olduğunu görüb. Hadisədən sonra hərəkətə keçən polis keçən həftə bir evi basıb. Basqında Arif və Fərman Əli adlı iki qardaş cəsədi parçalara ayırıb, bişirərək yeyərkən tutulub.
Polis müfəttişi Abdur Rəhman 2 qardaşın Derya Xan qəsəbəsində yaşadıqlarını və əkinçiliklə məşğul olduqlarını açıqlayıb. Onların orta səviyyəli bir həyat sürdüyünü və psixi baxımdan sağlamlıqlarında problem olmadığını ifadə edib. Əməliyyatçı adamyeyənlik hadisəsinin səbəbini təsbit edə bilmədiklərini bildirib. Adamyeyən qardaşların insan ətinə keçmədən əvvəl bəzi küçə itlərini yediyi də ortaya çıxdı.
O.M.