Belçikalılar öz valideynlərinə baxmaq istəmirlər
Delta Lloyd adlı bir sığorta şirkətinin araşdırmasına görə, belçikalıların çoxu yaşlı ata-analarına baxmaq istəmirlər. On Belçikalıdan biri yaşlıların qayğısına qalmağı ağlına belə gətirmir. Altmış faiz Belçikalı xəstə valideynləri ilə bir yerdə yaşamağın yolverilməz olduğunu düşünür. On bir milyon əhalisi olan Belçikada orta və yaşlı insanların sayı çoxluq təşkil edir. Ölkə ərazisində sayı mindən çox 100 yaşını keçmiş əhali yaşayır.
Atalar əbəs yerə deməyiblər: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Belçikalıların yaşlılara hörmətsizliyi elə yaşlıların özlərindən onlara miras qalıb. Bu da sizə Qərb mədəniyyəti.
Günel Şahməmmədova
O.M.
Digər xəbərlər