
Diqqət! Şahzadənin toyunu biz də izləyə biləcəyik!
Kraliyyət toyuna sayılı günlər qalmış "YouTube"dən açıqlama gəldi: toy canlı olaraq bu web səhifədə yayımlanacaq. Şahzadə Uilliamla Keyt Midletonun toy mərasimini istifadəçilər portalın açdığı "Royal Channel"dən izləyə biləcəklər.
Toy 29 apreldə yerli vaxtla saat 11.00-dan 16.00-a kimi nümayiş olunacaq. Bu arada "Royal Channel"ə başqa bir bloq da həmkarlıq edəcək.
Deməli biz də toyun qonağı ola biləcəyik Bunun üçünsə siyahıya pul salmaq lazım olmayacaq...
Günel Həbib
O.M.
Digər xəbərlər