Ata doğma oğlunu Facebook-da satışa çıxardı
Facebook-da gündə minlərlə yazışmalara rast gəlirik. Təbii ki. hamısına fikir vermirik. Buna nə vaxtımız çatar, nə də həvəsimiz. Lakin bu günlərdə Səudiyyə Ərəbistanından olan Naser əl Şəhri adlı kişinin elanı çoxlarının diqqətini cəlb etdi. Ata doğma oğlunu 20 milyon ABŞ dolları müqabilində satışa çıxarmışdı. Səudiyyə Ərəbistanının "Şərq" qəzetinin məlumatına görə, ata oğlunu satmaqla kasıbçılığa qalib gələcəyini iddia edir. O, bütün qapılar üzünə bağlandıqdan sonra bu addımı atmağa qərar verdiyini bildirib.
Xatırladaq ki, son dövrlərə qədər Naser əl Şəhrinin
"Borcların məcburən toplanması və maliyyə problemlərinin həll edilməsi" adlı şəxsi
biznesi var idi. Lakin yerli məhkəmə bu biznesi reketlik sayaraq şirkətin
bağlanmasına qərar verdi. Daha sonra sabiq iş adamı maddi təzminat üçün sosial
müdafiə fondlarına müraciət etdi. Lakin yaşı 35-dən çox olduğu üçün ona təzminat
ödənilmədi.
Naser əl Şəhrinin sözlərinə görə, bir oğlunu
satmaqla o, arvadına və digər övladlarına layiqli həyat qura biləcək.
Ən böyük kasıbçılıq mənəvi kasıblıqdır...
Aqil Hüseynov
O.M.