Aşıq Namiq qadınlarla bağlı qalmaqalına açıqlama gətirdi

Aşıq Namiq qadınlarla bağlı qalmaqalına açıqlama gətirdi

2 Dekabr 2013 13:52
Bəyəndim (0) Bəyənmədim (0)
Qarşılıqlı ittihamlar səngimək bilmir

- Axır vaxtlar yaman qalmaqallardasan. Səbəb nədir?

- Siz özünüz yaxşı bilirsiniz ki, "Adam içində" verilişində olanda ora bir ana-bala gəlmişdi. Hamı gördü ki, o qızın anası nə gündə gəlmişdi. Hətta veriliş zamanı çox hörmətli vəkilimiz dedi ki, mən elə bildim o arvad kordur. O nə vid, əsər-əlamət idi. Sadəcə o, ana-bala mənim hesabıma gündəmə gəlmək istədilər. Özləri qazdığı quyuya özləri düşdü. Qızını gecə Bakıya göndərir, mənə deyir, çıx qarşıla. Sonra da şər-böhtan atır ki, sən qızıma eşq elan elədin. Birincisi, subay oğlanam, yaxşı edirəm. Kişiyəm də, nə etməliyəm. Sonrası, eşq elan etməmişəm. O nə hərəkət idi ki, çıxıb özlərini biabır elədilər. Veriliş vaxtı çoxlu zənglər, SMS-lər gəldi. Hamı dedi ki, biz bilirik o ana-bala necə adamdı. Özü də sizə deyim, üç-dörd gündür həmin Nübar Yevlaxlı mənə hər dəqiqə zəng edib deyir ki, efirə bax, Xəzər TV-də məni göstərirlər. Bəs deyirdin reklam eləyirəm özümü, bütün günü Xəzər kanalındayam? Deyir, mənə baxırsan necə yemək bişirirəm? İnanın, bezmişəm. Əl çəkmir məndən, bütün günü "vızov" atır dayanmadan. Neyləsin, mənim hesabıma özünü reklam etdi də. Sona həmin qalmaqaldan başım açılmamış Aynur Qurban qızı verilişdə Nübarın tərəfini saxladı və mənimlə söz-söhbəti yarandı. O da şükür olsun, hər şey göz qabığında oldu. Hər şey youtube-da idi. Mən faktlarla sübut etdim. Hətta Nübar mənə deyir ki, İkram müəllimi sən öyrətmisən, o, bizim haqqımızda orda nə gəldi danışır.

- Bəs Aynurla sənin qalmaqalın sazla çəkilən şənliklərdən sonra başladı?
- Bilirsiniz, Aynur mənim dostumun maşınına minib, gəlib restorana. Mən də Cığatel və Naibə xanımla restorana getmişik. Dostum mənə yaxınlaşıb dedi ki, bəs Aynuru götürüm, maşınla metroya qədər aparım. Mən də dedim, əlbəttə, götür. Efirdə başından böyük danışmağına baxma, Azərbaycan xanımıdır. Orda şəkil çəkdirəndə qız mənə dedi ki, Namiq müəllim, efirlərə gedəndə deyirlər ki, danış, qalmaqal et. Mən də ona görə danışdım. Öz-özümə fikirləşdim ki, bu, sən demə, ingilis bayrağıdır. Restorana çatanda gördüm ki, bu qız quqqulu kimi hamıdan qabaq gəlib, kəsdirib oranı. Biz özümüz də məəttəl qaldıq. Sonra istəmirdi ki, çörək yesin. Dedim ki, nəysə, gəlsin ora. Şəkil çəkdirdik. Hətta mənə dedi ki, saz çalmağı öyrənmək istəyirəm. Səncə, öyrənə bilərəm? Dedim ki, niyə öyrənə bilməzsən ki, öyrənə bilərsən. Hazırda mənim 40 yaşında bir tələbəm var, onu öyrədirəm. Yemək yediyimiz yerdə mənə qız fanatlarım zəng elədilər. Mən də mikrofona qoydum ki, bunlar eşitsin. Yəni mənim Nübara ehtiyacım yoxdur. Aynur özü dedi, şəkil çəkdirək, sayta qoyacam. Ad çəkmirəm, möhtəşəm bir məclisə getdik. Naibə və Cığatel xanımla axşam qayıtdıq. Şəkilləri paylaşdıq. Baxdım, gördüm oxucular başladı yazmağa ki, bu, utanmır çörək yeməyə gedir. Amma ilk dəfə bu mənə dostluq göndərib. Hətta qəbul etmişəm dostluğunu. Saat 3:20-də məhəbbətdən, sevgidən danışdıq. Aparıcı ona sual verdi ki, xanım gecə saat 3:20-də mənim telefonumu xoşum gəlməyən kim açarsa, bir dəqiqə danışaram, yaxud cavab vermərəm. Buna dedi, nə qədər danışdın Namiqlə? Dedi, 20 dəqiqə. Sual verdi, 20 dəqiqə nə haqda danışdınız? Deyir, xarici ölkələrdən. Xanım vurğuladı ki, sənin Namiqdən zəhlən getməyib, bəlkə də çox danışmısınız. Sonra dedi ki, hansısa saytlar bunun layihəsini oğurlayırlar. Hətta mənim xanım dostlarım deyir ki, 5 dənə verilişə çıxır, onun paltarı yoxdur. Mən də dedim ki, o, eyni paltarla çıxır ki, qoy hamı onu tanısın. Xanım deyir, 550 manat olsa, Dubaya getmək olar. Razılaşdı. Dedi saytımın reklamına 10 min manat pul lazımdır. Belə çıxır ki, ona 10 min versəm, Amerikaya da, Dubaya da gedərdi. Efirdə də dedim. Hətta mənə deyir ki, maşında gələndə dostun mənə eşq elan elədi. Xanım da guya deyib ki, yox, sən desəydin, nə qədər olmasa biz uyğun gəlirik. Mənə söz atır, "qızım, sənə deyirəm, gəlinim, sən eşit". Efirdə də dedim ki, ona demişəm, sən də pis xanım deyilsən. Gecə zəng eləmişdim ki, müsahibə verməliydim. Mənə də dedi ki, bu gecə yatmamışam. Sənin dostun da mənə eşq elan etdi, sən də. Mən sizin üçün pozğun xanım deyiləm axı, - dedi, otboy verdi. Mən də SMS yazdım ki, ayıb deyil, nə qədər olmasa, çörək kəsmişik. Sonra qayıtdı dedi ki, mən ailə qurmaq istəyirəm. Mən səninlə elə şey danışmamışam, sən ailəli olub ayrılmısan, bir övladın var. Mən subayam, sadəcə, kim sənətimi qəbul etsə, onunla ailə quracam. Bir az keçdi, mənə dedilər ki, saytlara ağızlarına gələni yazdılar. Sağ olsunlar, "Adam içində" verilişində hər şeyə aydınlıq gətirdim. Mən yenə deyirəm, ona reklam lazım idi. Mənim hesabıma reklam oldu, facebook-da yazır, elə bil Aygün Kazımovadı, Röyadı, filan kanaldayam, ANS-dəyəm, Space -dəyəm.

- Namiq, gəl səmimi olaq. Bu dəqiqə sosial şəbəkələrdə hər birimiz müxtəlif məzmunda statuslar paylaşırıq. Məncə burada qəbahət iş yoxdur.

- Bax burda, ay Şəlalə xanım, düz danışmırsan, xoşum gəlmədi. Bunu mən yaza bilərəm. Azərbaycanda 3-4 aşıq var, biri mənəm. Mən yaza bilərəm. Fanatlarım var ki, musiqilərimə qulaq asırlar. Görürsünüz yazıram ki, gedib ANS TV-də onun zibillərini açacam. Başqa kanallardan yığırlar, deyirəm, belədir. Axı istəmirdin, getməzdin, çörək yeməzdin, şəkil çəkdirməzdin. Bunları dedim Space TV-də, ürəyi getdi. Öz qohumu ilə gedəndə söyüş qalmadı mənə deməyə. Elçin Əlibəyli bizi güclə ayırdı ki, dalaşmayaq. Özü kanallara şər atır. ANS işçilərinə söz çatdıra bilmədi. Mən gəldim sözümü dedim və verilişi tərk elədim. Onun kimi özümü gülünc vəziyyətə qoymadım. O, reklama gəlmişdi. Səhifəsində yazıb ki, ANS mənim hesabıma özünü reklam edir. Ağlına gələni yazır, paylaşır, sonra silir. Cığatel xanım çox əsəbiləşmişdi, onu şantaj edir. Cığatel xanım dedi ki, mənim adımı çəkməsin. Sonra da səhifəsini dondurur. Mən gözləyirəm, o, nə adla verəcək, şəkil çəkdirmişik, lüt deyil ki, desin lüt şəklimi paylaşır. Çıxıb "Günəbaxan"da deyir, əxlaqsız Namiq. O, məni təhqir edib, şərəfimi, ləyaqətimi təhqir edib. ANS-ə gəlməyim isbat etdi ki, o, yalan deyir.

- Namiq, valideynlərin necə qarşıladı bu məsələni?

- Səmimi deyirəm, atam çox əsəbiləşdi. Əmim var, Gəncədə müəllim işləyir, dedi, baş qoşmayım. Sənət dostlarım dedilər ki, o, səni şərləmək istəyir. Bəs mən necə çıxmayım?

- Səncə niyə sosial şəbəkələrdə təhqir olursan? Bəlkə doğrudan da bütün xanımlara eşq elan edirsən?

- Hamısı 100 faiz onun tərəfindəndi. Niyə indiyə kimi olmurdu? İndi söyüşlər oldu. Bəlkə də beş-altı saxta profil açıb arxasında gizlənib. O özü yazır. Kim məni təhqir edir, özü də söyüləcək. Azərbaycan xanımı üçün belə cılız məsələylə gündəmə gəlmək pisdir.

- Yaradıcılığınızda nə kimi yenilik var?

- Konsertə hazırlaşıram. Görəcəksiniz.

- Aynur Qurban qızı səni məhkəməyə verir. Qorxmursan ki, uduzarsan?

- Mən heç bir məhkəmədən qorxmuram. Çünki günahım yoxdur. Sadəcə o qadın özünə reklam qazanır. Heç telefonda gecə saat 2-3-də danışanda mən pis insan olmurdum. Restorana gələndə məni görəndə eyni süfrədə oturmuşduq Cığatel və Naibə xanımla birlikdə, o zaman niyə arxasını çevirib getmədi? Bir süfrədə oturub çörək kəsdi mənimlə… İndi də çıxıb efirdə ağzına gələni deyir, sonra da ANS qadağa qoyur. İnsanların evinə qan salır. Kim buna bir kəlmə hə, yox deyirsə, çəkib yayımlayır. ANS TV-də "İç xəbər"in ekspertləri çox gözəl sual verdilər, ancaq o, cavab verə bilmədi. Verilişdə hamı onun reklama çıxdığını gözəl bildi. Bir sözlə, Aynur tanınmaq istəyirdi. O da Namiq Fərhadoğlunun sayəsində tanındı. Ancaq çox pis tanındı. Allah Aynura ağıl versin. Ancaq bunu deyərdim ki, o, böyük şantajçıdır. Bunu mənə qarşı bacara bilmədi. Sayəmdə tanındı. Amma Allah belə tanınmağı kəssin. Son olaraq, bir söz deyim ki, Aynur Azərbaycan qadını adına layiq deyil, bu ada bir ləkədir.

- Son olaraq qarşı tərəfin də fikrini dinləməyə hazırıq.

P.S. Aynur Qurbanqızı və Aşıq Namiq Fərhadoğlu arasında olan münaqişə məhkəmədə öz həllini tapacaq. Azad qadın saytının rəhbəri olan Aynur Qurbanqızı aşığın onun şərəf və ləyaqətini təhqir etdiyini və ünvanına böhtan atıldığını iddia edərək artıq məhkəməyə müraciət etdiyini bəyan edib. Hətta şəxsi həyatı ilə bağlı məsələnin bu dərəcədə yayımından narahat olub, ANS televiziyası kanalına da qadağa qoyub.

Şəlalə Nərimanqızı