Məşhur müğənni Fələstini dəstəklədi və qrupdan qovuldu
KATSEYE ilə əlaqəsini kəsdiyi barədə şayiələr gəzən Manon Bannerman, Fələstini açıq şəkildə dəstəklədikdən sonra, qrupu İnstaqram profilindən silməklə diqqət çəkdi. Məşhur müğənninin son paylaşımı da müzakirə mövzusu oldu.
Qlobal pop qrupu KATSEYE, üzv Manon Bannermanın Fələstini dəstəkləmək üçün qrupdan ayrılmasından sonra müzakirə mövzusu oldu. Gənc müğənninin sosial mediadakı dəyişiklikləri bu prosesi daha da gözə çarpan etdi.
Qrup layihələrindən bir müddət uzaq qaldıqdan sonra Bannerman Weverse platformasındakı paylaşımda izləyicilərinə dəstəklərinə görə təşəkkür etdi. Paylaşımında müğənni bu dövrdə aldığı dəstəyə görə minnətdarlığını qeyd etdi və şirkətlə müsbət müzakirələr apardığını və özünü yaxşı hiss etdiyini bildirdi.

Bu vaxt fanatlar Bannermanın İnstaqram bioqrafiyasında etdiyi dəyişiklikləri tez bir zamanda gördülər. O, KATSEYE adını silib və yalnız "mademoiselle manzanita" ifadəsini saxlayıb.
Bu hadisə qrup yeni musiqi layihələrinə hazırlaşarkən baş verib. KATSEYE bu yaxınlarda "Pinky Up" mahnısının ilk tanıtım videosunu yayımladı. Bu iş Bannermanın qrupun fəaliyyətindən ayrılmasından sonra yayımlanan ilk layihələrdən biri idi.
Əvvəllər Manon Bannermanın qrupun fəaliyyətlərində iştirakını dayandırdığı və sağlamlığına diqqət yetirəcəyini bildirdiyi açıqlanmışdı. Lakin son hadisələrdən sonra Bannermanın qrupla əlaqələrini tamamilə kəsdiyi barədə şərhlər ortaya çıxdı.
Məşhur müğənninin karyerasını necə davam etdirəcəyi artıq müzakirə mövzusuna çevrilib.
Əziz MUSTAFA





































.jpg)




































.jpg)
.jpg)


















