Müğənni Nadir Qafarzadəyə xəbərdarlıq edilib
Müğənni Nadir Qafarzadəyə xəbərdarlıq edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakini Nadir Qafarzadə tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.
Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Qeyd edək ki, bu gün inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Oxuməni.az