Elmar Məmmədyarov İƏT Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani ilə görüşüb. Apa-nın xəbərinə görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Üzv ölkələr arasında iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.
Qeyd edək ki, Ekmələddin İhsanoğlunun yerinə seçilən İyad bin Amin Madani vəzifəsinin icrasına bu il yanvarın 1-dən başlayıb. Bu, onun Azərbaycana ilk səfəridir.
Digər xəbərlər