ABŞ Baltikyani dövlətləri qorumağı planlaşdırıb
Amerika Birləşmiş Ştatları Avropanın mərkəzi və şərq hissəsində Baltikyanı ölkələri Rusiyanın təzyiqlərindən qorumaq məqsədilə bölgəyə əlavə dəstək qüvvələri göndərəcək. ABŞ dövlət katibi Con Kerri NATO sammitindən sonra mətbuat konfransında çıxışı zamanı bu cür açıqlama verib. Brüsseldə keçirilən konfransda Kerri qeyd edib ki, NATO təşkilatı Rusiyanın təcavükar siyasətinə qarşı 5-ci maddəyə əsasən hərəkət edəcək. "Amerika hərbisi NATO-nun Baltik ölkələrinin hava məkanını əlavə olaraq 6 ədəd F-16-larla gücləndirib. Biz Polşaya 12 ədəd F-16 göndərmişik. Qara dənizdə ABŞ Sualtı qayıqları öz mövqeyini qoruyur və əlavə dəstək də yoldadır. Rusiya prezidenti Vladimir Putinin bir qədər əvvəl qoşunların geri çəkilməsi ilə bağlı bəyanatı bizi sevindirdi. Lakin geri çəkilən qüvvələr səfərbər edilən qüvvələrdən dəfələrlə azdır. Bununla belə biz bu jesti alqışlayırıq. Regionda gərginliyin aradan qaldırılması üçün Rusiyanın daha artıq işlər görə biləcəyi sual doğurur".
NATO-nun 5-ci maddəsində təşkilatın tərəfdaş ölkələrinə qarşı edilən hərbi müdaxilə bütün tərəfdaş ölkələrə qarşı edilmiş hesab edilir. Bu maddə ilk dəfə Amerika Birləşmiş Ştatlarında 2001-ci il, 11 sentyabrda törədilən terror aktı zamanı gündəmə gəlmişdi.
Avropa rəsmiləri bir qədər əvvəl Rusiyanın Ukraynanın şərq hissəsindən qoşunlarını geri çəkməsi ilə bağlı bəyanatını əsassız adlandırmışdılar.
Mediainfo.az

































.jpg)










.jpg)





























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)












