Prezident sığınacağında ələ keçirildi
Fil Dişi sahillərində istefasını istəyən müxaliflərə və beynəlxalq cəmiyyətə meydan oxuyan eks dövlət başçısı Laurent Qbaqbo nəhayət, yaxalandı. Sabiq prezident günlərdir gizləndiyi Abicandakı sarayında həyat yoldaşı ilə birlikdə ələ keçirildi.
Qbaqbonun Fransadakı məsləhətçisi Alain Toussaint verdiyi açıqlamada bunları söylədi: "Laurent Q. fransızlar tərəfindən yaxalanaraq, müxalifətə təslim edildi. O, "Qolf" hotelinə aparıldı".
Fransız və BMT qüvvələrinin hava hücumundan sonra Qbaqbonun yoldaşının ofisi də daxil olmaqla sarayı demək olar ki, yerlə yeksan olub.
Hələlik 12 nəfərin öldüyü bildirilir.
Fransızlar Fil Dişi sahillərində "filin" böyük dişini çıxardılar. Yerinə təz bir diş qoymağa hazırlaşırlar. Kim bilir, bəlkə bu diş də çürük çıxdı?..
Günel Şahməmmədova
O.M.