Novruz Məmmədov: İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu`
"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitinə səfəri sanki Azərbaycan-ABŞ arasında ikiərəfli əməkdaşlıq səfərinə çevrildi. Bu, tarixi bir səfər oldu".
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTv-ə müsahibəsində deyib.
N.Məmmədov bildirib ki, orada ABŞ rəhbərlərinin əsas diqqəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə həsr olunmuşdu.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət Katibi Con Kerri arasında ayrılıqda görüşlər keçirildi, o cümlədən Prezident İlham Əliyev ABŞ-ın digər mühüm fiqurları, konqresmenləri və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdi.
N.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi bunu izləyirdilər, görürdülər: "Ermənistan tərəfi də bundan həddən artıq böyük narahatlıq keçirirdilər".
N.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin ABŞ-da görüşlərindən narahat olan ermənilər cəbhədə təxribatlara əl atırlar: "Amma düşünürəm ki, bu bizim üçün "…. bir karvan keçər" atalar misalıdır. Azərbaycan öz xarici siyasətində də, daxili siyasətində də müstəqil bir dövlət kimi öz maraqlarını qorumağı bacarır". (AzVision)
Mediainfo.az