Putinlə Ərdoğan avqustda Soçidə görüşə bilər

Putinlə Ərdoğan avqustda Soçidə görüşə bilər

1 İyul 2016 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avqust ayında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər.

Apa-nın xəbərinə görə, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Qəzet yazıb ki, bu gün Soçidə iki ölkə xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olaraq, prezidentlərin görüşü daha tez bir zamanda təşkil edilə bilər.

Qeyd edək ki, iyunun 29-da Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə 4-5 sentyabr tarixlərində Çində keçiriləcək "G20" sammitində görüşə biləcəyini bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bu məlumatı təsdiqləməyib. O, görüşün vaxtının diplomatik kanallarla dəqiqləşdiriləcəyini bildirib.

Mediainfo.az