İran Qarabağ danışıqlarına görə narahatdır

İran Qarabağ danışıqlarına görə narahatdır

14 İyul 2016 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Diplomatik mənbələrin məlumatına görə, hazırkı mərhələdə İran Qarabağ münaqişəsi ətrafında aparılan damışıqlardan bərk narahatdır. Məlumdur ki, aprel müharibəsindən sonra bu məsələdə tayı-bərabəri olmayan fəallaşma müşahidə edilir".

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan "Aykakan Jamanak" qəzeti yazır.

Nəşr qeyd edir ki, İran erməni tərəfinin Azərbaycana beş rayonu qaytarmasını ehtiva edən "Lavrov planı"ndan narahatdır.

"İran sərhədlərinin yaxınlığında bu cür dəyişikliklər ehtimalını öz maraqlarına uyğun gəlməyən hərəkət kimi dəyərləndirir və bu prosesə hər hansı təsir göstərməyə cəhd edir. Təsadüfi deyil ki. Rusiya prezidenti Vladimir Putinin avqust qyında Bakıya səfəri zamanı İran prezidenti Həsən Ruhani də orada olacaq. Gözlənildiyinə görə, o, bu məsələ ilə bağlı narahatlığını bildirəcək", - qəzet yazır.

Mediainfo.az