Moldovalı nazir: “NATO olmasa, bizi yox edəcəklər”

Moldovalı nazir: “NATO olmasa, bizi yox edəcəklər”

26 İyul 2016 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Ukrayna, Gürcüstan və Moldovaya dəstək verməsə, bu ölkələr hibrid müharibəyə və Şərqi Avropadakı destabilizasiya cəhdlərinə qarşı dayana bilməyəcəklər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Müdafiə naziri Antol Şalaru söyləyib.

Onun sözlərinə görə, NATO ilə əməkdaşlığa hazırda böyük ehtiyac var.

Qeyd edək ki, Moldova, Gürcüstan və Ukrayna NATO və Avropa Birliyinə tam inteqrasiya yolu seçiblər. Hər üç ölkənin bu cür xarici siyasəti Moskvanı narahat edir. Bundan başqa, hər üç ölkədə birbaşa və dolayısı yolla Rusiyanın əli ilə yaradılan xüsusi konflikt zonaları var.

Mediainfo.az