Liviya səmasındaTürkiyə rəhbərinin təyyarəsi göründü

Liviya səmasındaTürkiyə rəhbərinin təyyarəsi göründü

4 Aprel 2011 02:04
Bəyəndim (0) Bəyənmədim (0)
Təyyarədə kimin uçduğu hələlik sirr olaraq qalır

Liviya səmasında qəribə bir türk təyyarəsi göründü. Üstəlik, sıravi bir təyyarə deyildi, Türkiyə silahlı qüvvələrinin Baş qərargahına aid reaktiv idi. Qəribəlik ondadır ki, mövcud təyyarə ya Baş qərargah rəisini, ya Türkiyə prezidentini, ya da baş naziri daşıya bilərdi.

Liviya səmalarında hərbi təyyarələrin telsiz danışıqlarını qeyri-qanuni yolla dinləyən əsgər 31 martda bir türk təyyarəsindən də xəbər verdi. "Huub" kod adını istifadə edən köhnə bir hollandiyalı əsgər sosial şəbəkə "Twitter"də açdığı "@FMCNL" hesabından beynəlxalq koalisiyanın 19 martda başladığı Liviya əməliyyatında hansı ölkənin təyyarəsinin bu ölkə üzərində nə vaxt uçuş etdiyini izləyir. Təxminən 11 min tərəfdarı olan "Huub" keçdiyimiz iki həftə boyunca ABŞ, İngiltərə və Fransa təyyarələrinin hər hərəkətini anbaan dünyaya eşitdirdi. 31 martda "Huub"un radarına ilk dəfə bir türk təyyarəsi ilişdi. "The Guardian" qəzeti və "Wired" jurnalı başda olmaqla bir çox nəşrin etibarlı bir qaynaq olaraq tanıdığı "Huub" saat 10.00 radələrində "Türk Hava Qüvvələri"nə aid "DOGAN 46" kodlu, "Gulfstream V" model bir təyyarənin Liviya səmalarında uçduğunu qeyd etdi. "Huub" təyyarənin quyruq nömrəsinin də 09-001 olduğunu əlavə etdi. "Huub"un verdiyi bu detallar gözləri "Türk Silahlı Qüvvələri"nə tərəf çevirdi.

Belə ki, Baş qərargah rəisi üçün 2009-un dekabrında alınan "Gulfstream V"nin quyruq nömrəsi də 09-001-dir, yəni "Huub"un Liviya səmalarında gördüyü təyyarə ilə birəbir eynidir. Ancaq təyyarədə Baş qərargah rəisi İşıq Koşanerin olub-olmadığı hələlik bilinmir.

TSQ-də iki ədəd "Gulfstream G550" təyyarəsi var. Bunlardan biri Baş qərargah rəisinin "09-001" quyruq nömrəli təyyarəsidir. Digəri isə baş nazir və respublika prezidentinin ixtiyarına verilmiş "TC-DAP" adlı eyni model təyyarədir.

O.M.