"Yabloko" partiyasının namizədi prezident seçkilərində iştirakını dayandıra bilər
İnterfax-ın məlumatına görə, Rusiya MSK bildirir ki, İrkutsk vilayətinin qubernatoru Dmitriy Mesentsevin namizədlik üçün təqdim etdikləri imzaların 10%-i etibarsız hesab edilib. "Yabloko" partiyasının yaradıcısı Qriqoriy Yavlinskinin səslərinin 26%-i etibarsız sayılıb. İlkin ehtimala görə, hər iki namizədin prezidentlik seçkisində iştirakı sual altına alınır. MSK nümayəndəsi Yelena Dubrovina bildirib ki, Mixail Proxorovun səslərində cəmi 5%-ə qədər qanunsuzluq aşkar edilib. Bu da biznesmenin prezident seçkilərində iştirakına şərait yaradır.
O.M.
Digər xəbərlər