İran İraqla Livana nəzarət edir
İranın "Əl Qüds" elit hərbi qüvvələrinin komandanı, briqada generalı Kasem Soleymani Tehran şəhərində təşkil olunan ənənəvi "İslam gənclik simpoziumu"nda çıxış edərkən deyib: "İranın düşmənləri onu mühasirəyə almaq istəyirlər. Ancaq siz dünyanın müxtəlif dövlətlərində yaşayan müsəlman gəncləri olaraq bizim ölkəyə gələ bildiniz. Çünki İslam inkişafı ilə yaxından maraqlanırsınız. İraqla Livan bu və ya digər formada, bu və ya digər dərəcədə İranın və onun ideyalarının nəzarəti altındadır". Daha sonra "ərəb baharı"na toxunan general əlavə edib: "İnqilablar İslam düşüncə tərzinin oyanışıdır. Bu hərəkat regionun bütün ölkələrini əhatə edəcək. Yalnız Suriyadan başqa, hansını ki, İran qeyd-şərtsiz dəstəkləyir. İslam dövləti bütün bu hərəkatları nəzarətdə saxlayır və düşmənə qarşı yönəldə bilir. Bu tendensiya İordaniyada da müşahidə olunacaq".
Siyasət maraqlar üzərində qurulmuş oyundur. Allaha inam onun tərkib hissəsi ola bilməz...
Aqil Hüseynov
O.M.