Sabir Rüstəmxanlı İctimai Palatanın rəhbərliyi ilə görüşdü
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İctimai Palatanın (İP) rəhbərliyi ilə görüşüb. S.Rüstəmxanlının təşəbbüsü ilə baş tutan görüş VHP-nin qərargahında, mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib. Görüşdə İP Koordinasiya Şurasının (KŞ) üzvləri - Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Vidadi Mirkamal və KŞ-nin digər üzvləri iştirak ediblər. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bu gün VHP-nin qərargahında İP-in respublika müşavirəsi keçirilib. S.Rüstəmxanlı görüşdə iştirak etməsə də, VHP-nin bir sıra funksionerləri bu toplantıya qatılıblar.
O.M.
Digər xəbərlər