Rusiya Moldovanı da itirir: Sandu prezident olur
Moldovada prezident seçkilərinin ikinci turu keçirilib.
Oxuməni.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası ikinci turdakı səslərin 99 faizini hesablayıb.
Məlumata görə, Sandu səslərin 56,91 faizini toplayıb. Onun rəqibi olan hazırkı rusiyayönlü prezident İqor Dodon isə 43,09 faiz səs yığıb.
Qeyd edək ki, Dodon rusiyameyilli siyasətçi kimi tanınır, Sandu isə qərbpərəstdir. Sandunun prezident seçkilərində qələbə çalması Rusiyanın faktiki olaraq Ukrayna və Gürcüstandan sonra Moldovanı da itirməsi anlamına gəlir.
Həmid
Digər xəbərlər